backend

Qazaxıstan hökuməti ərzaq məhsullarının bahalaşması məsələsinə baxdı

Qazaxıstan hökumətinin mətbuat xidmətindən KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosuna bildirilib ki, hökumətin iclasında ərzaq məhsullarının bahalaşması məsələsinə baxılıb.

Keçən həftə Akmola bölgəsinin inkişafı ilə bağlı keçirilən görüşdə dövlət başçısı ərzaq qiymətlərinin əsassız artmasına və müvafiq mərkəzi və yerli dövlət qurumları tərəfindən lazımi nəzarət və koordinasiyanın olmamasına diqqət çəkmişdi.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Hökumət başçısı qeyd edib ki, ilin əvvəlindən bütün bölgələrdə sosial əhəmiyyətli ərzaq məhsullarının qiymətləri 15%-dən çox artıb. Ən yüksək qiymət artımı qarabaşaq yarması (+ 62,9%), düyü (+ 32,3%), un (+ 27,8%) üzrə müşahidə olunub. Bölgəyə görə ən yüksək qiymət artımı Şimkent, Qızılorda, Türküstan, Almatı, Kokşetau, Petropavlovsk, Aktube və Tarazda qeydə alınıb.

Baş nazir bir həftə ərzində sosial əhəmiyyətli malların qiymətlərini sabitləşdirmək üçün qısamüddətli və orta müddətli tədbirlər paketi hazırlamalı olan işçi qrupu yaratmağı tapşırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*