Qazaxıstan Rusiya ilə ŞƏT çərçivəsində enerji, iqtisadiyyat və digər sahələrdə bir sıra aralıq sazişlər üzərində işləyir .
KONKRET.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım Jomart Tokayev deyib.
“Ölkələrimiz ŞƏT və onun əsas orqanlarının işini daha da təkmilləşdirmək, enerji, iqtisadiyyat, hüquq-mühafizə və ətraf mühitin mühafizəsi sahələrində strateji ortamüddətli sənədlərin layihələrini hazırlamaq məqsədilə birləşib”, – prezident bildirib.
Tokayev həmçinin vurğulayıb ki, o, Qazaxıstan-Rusiya əməkdaşlığına” böyük ümid bəsləyir.
Tokayev qeyd edib ki, Vladimir Putinlə müntəzəm görüşləri ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu bir daha göstərir.
Ariz Həsənoğlu,
KONKRET.az
