“Qəbələ” türkiyəli məşqçi ilə müqavilə imzaladıbackend

“Qəbələ” türkiyəli məşqçi ilə müqavilə imzaladı

“Qəbələ” klubunun əsas komandasında daha bir təyinat gerçəkləşib.

KONKRET.az xəbər verir ki, Çağlar Volqa “qırmızı-qaralar”ın məşqçisi təyin olunub.

Türkiyəli mütəxəssis Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. 46 yaşlı məşqçinin son klubu “Samsunspor” olub. O, Türkiyə təmsilçisində fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərib.

Volqa karyerası ərzində “Marmaris Bələdiyyəsi”, “Göztəpə”, “Altınordu”, “Altay”, “Ərzincanspor”, “Konyaspor” klublarında köməkçi məşqçi kimi çalışıb. Mütəxəssis “Osmanlıspor”da əvvəl videoanalitik, sonradan köməkçi məşqçi, “Ərzurumspor” və “Samsunspor”da fiziki hazırlıq üzrə çalışdırıcı kimi işləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*