Qələbə sevinci zamanı 6 azarkeş öldübackend

Qələbə sevinci zamanı 6 azarkeş öldü

Qvineya yığmasının Afrika Millətlər Kubokunda Qambiya üzərində 1:0 hesablı qələbəsini qeyd edən zaman 6 azarkeş həlak olub.

KONKRET.az xəbər verir ki, bunu Qvineya Futbol Federasiyasının nümayəndəsi Amadu Makadji açıqlayıb.

Ölkənin paytaxtı Konakridə insanlar motosiklet və avtomobillərlə şəhər küçələrinə çıxaraq komandanın qələbəsini qeyd etmək qərarına gəliblər. İki avtomobilin yüksək sürətlə toqquşması nəticəsində 3 nəfər ölüb, qalanları isə digər qəzalarda xəsarət alıb.

Qeyd edək ki, Qvineya yığması Afrika Millətlər Kubokunun qrup mərhələsində keçirdiyi iki iki oyunda 4 xal toplayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*