“Qərb anlayır ki, Ermənistanla Azəbaycan arasında müharibə ehtimalı artır”backend

"Qərb anlayır ki, Ermənistanla Azəbaycan arasında müharibə ehtimalı artır"

“Qərb son vaxtlar Ermənistanla Azərbaycan münasibətlərinin mürəkkəbliyi və hətta tərəflər arasında dialoq təşkil etməyin çətinliyi ilə üzləşib”.

KONKRET.az xəbər verir ki, bu barədə gürcü politoloq Kaxa Qoqolaşvili bildirib.

“Bir tərəfdən Ermənistanla münasibətlərin hazırkı kursu Qərb üçün son dərəcə vacibdir, buna görə də Ermənistanın təhlükəsizliyi üçün Fransa əməli addımlar atır. Aİ də öz növbəsində müşahidəçilərini yerləşdirib. Avropa İttifaqı bölgədəki vəziyyəti cilovlamaq məqsədilə aydın bəyanatlar verir. Lakin tərəflər arasında danışıqlarda müsbət irəliləyiş yoxdur, əksinə heç cür razılıq əldə edilmir. Qərbin hazırkı mövqeyinə və regionda irəliləyişlərə həvəs göstərməyən və şübhəsiz ki, bu tendensiyaların əleyhinə işləyən Moskvanın bu məsələdə xüsusi rolu var.

Aİ anlayır ki, vəziyyət qeyri-sabitdir və onun təsir rıçaqları yetərsiz görünür, çünki Qərb addımlarını intensivləşdirdikcə, regionda manevrlər bir o qədər çoxalır, gərginlik artır, danışıqlar daha da mürəkkəbləşir. Bu, Qərbdən daha ciddi resursları nəzərdə tutur və onlar sonsuz deyil, söhbət həm siyasi, həm də hərbi resurslardan gedir. Qərb məqsədyönlü bəyanatlar verir, hərbi əməliyyatların başlamasının nəticələrinin olacağını qeyd edir, lakin Aİ təbii ki, nəticələrdən və ya kəskin addımlardan qaçmaq istərdi, çünki Qərb əlbəttə ki, hərbi addımlara hazır deyil.

Ukraynadakı müharibə fonunda regionda hərbi balansı bir anda və qısa müddətdə bərpa etmək də çətindir. Düşünürəm ki, bu cür şərhlərin səbəbi məhz bu səbəblər toplusudur”, – analitik bildirib.

Bununla belə, analitik ABŞ və Aİ-nin səylərini dayandırdığına inanmır. “Hazırda Almaniya öz töhfəsini vermək istəyir. Çünki Aİ, ABŞ və Almaniyanın bir gündəliyi var. Onlar Ermənistan-Azərbaycan sülh sazişinə nail olmaq istəyirlər. Qərb anlayır ki, eskalasiya ehtimalı razılaşmaların mümkünlüyündən daha yüksəkdir”, – deyə o qeyd edib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*