Qətər millisi Asiya Kubokunun 1/4 finalına vəsiqə qazandıbackend

Qətər millisi Asiya Kubokunun 1/4 finalına vəsiqə qazandı

Futbol üzrə Asiya Kubokunda 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.

KONKRET.az xəbər verir ki, günün son oyununda Qətər millisi Fələstinlə üz-üzə gəlib.

Hesabı Fələstin seçməsi açsa da, Qətər yığması iki qol vuraraq 1/4 final mərhələsinə adını yazdırmağı bacarıb – 2:1.

Qeyd edək ki, daha əvvəl Avstraliya, Tacikistan və İordaniya seçmələri 1/4 final mərhələsinə vəsiqə qazanıblar. Turnirə fevralın 10-da yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*