Qurban Qurbanov Xabi Alonso ilə görüş üçün Almaniyaya getdibackend

Qurban Qurbanov Xabi Alonso ilə görüş üçün Almaniyaya getdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyaya gedib.

KONKRET.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

O bildirib ki, təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Bayer” (Leverkuzen) klubunun baş məşqçisi Xabi Alonso ilə görüşəcək.

Q.Qurbanovun məqsədi ispaniyalı çalışdırıcının məşq metodları ilə maraqlanmaq və Almaniya təmsilçisinin düşərgəsində təcrübə toplamaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*