Qurban Qurbanovdan Xabi Alonsoya maraqlı hədiyyə – FOTObackend

Qurban Qurbanovdan Xabi Alonsoya maraqlı hədiyyə - FOTO

Xəbər verdiyimiz kimi, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyaya gedib.

KONKRET.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsində Ağdam klubunun rəqibi olan “Bayer”in (Leverkuzen) baş məşqçisi Xabi Alonso ilə görüşüb.

Qurbanov görüşdə ispaniyalı həmkarına Qarabağ xalçası hədiyyə edib.

Qeyd edək ki, Q.Qurbanovun məqsədi ispaniyalı çalışdırıcının məşq metodları ilə maraqlanmaq və Almaniya təmsilçisinin düşərgəsində təcrübə toplamaqdır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*