Antonio Quterres və komandası ərzaq sazişinin Rusiya hissəsinin həyata keçirilməsi ilə üçün sistemli problemləri həll etmək rıçaqlarına malik deyil.
KONKRET.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
“Təəssüf ki, biz bunu etiraf etməliyik.Baş katib və komandası həqiqətən cəhd etsələr də, sistemli problemləri həll etmək üçün “rıçaqlara sahib deyillər””, – Nebenzya deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi boş oturmur və Afrika, Asiya,Yaxın Şərqin ən zəif inkişaf etmiş ölkələrinə real yardım göstərməkdə davam edir.
“Rusiya Prezidenti öz çıxışlarında bu səyləri ətraflı işıqlandırır. O, artıq Rusiyanın “Qara dəniz təşəbbüsü”nə qayıtması üçün aydın şərtləri açıqlayıb. Biz burada onları ətraflı şəkildə qeyd etmişik. Bu, şantaj deyil, çünki onlar buna çalışırlar”, – diplomat qeyd edib.
Qeyd edək ki, taxıl sazişi iyulun 18-də başa çatıb. Rusiya Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı ilə bağlı məlumatlandırıb. Vladimir Putin bəyan edib ki, Rusiya ilə bağlı razılaşmanın şərtləri BMT-nin səylərinə baxmayaraq yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərini yerinə yetirmək niyyətində deyillər.
Ariz Həsənoğlu,
KONKRET.az