Rəsmi Londondan Navalnıya görə İLK ADDIMbackend

Rəsmi Londondan Navalnıya görə İLK ADDIM

Böyük Britaniya fevralın 16-da rusiyalı müxalifətçi Aleksey Navalnının vəfat etdiyi Rusiya cəzaçəkmə müəssisəsinin rəhbərliyinə sanksiya tətbiq edib.

KONKRET.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Sanksiya siyahısında 6 nəfər yer alıb. Onların aktivləri dondurulub və Böyük Britaniyaya səfərləri qadağan edilib.

Beləliklə, Navalnının ölümü ilə bağlı sanksiyaları ilk tətbiq edən ölkə Böyük Britaniya olub.

Qeyd edək ki, Navalnının arvadı ərinin ölümündə Vladimir Putini günahlandırıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinə qarşı ittihamları tamamilə əsassız iddia adlandırıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*