“RİA Novosti”: Qarabağın “tanınması” kimə sərf edir? – ŞƏRHbackend

"RİA Novosti": Qarabağın "tanınması" kimə sərf edir? - ŞƏRH

Fransa Senatının Dağlıq Qarabağ Respublikasının tanınmasını tövsiyə edən qətnaməsi İrəvanın sevincinə, Bakınınsa qəzəbinə səbəb oldu. Azərbaycan parlamenti hökumətin Parislə münasibətlərinə yenidən baxmasını tələb etdi. Ankara diplomatik hərəkətə keçdi. Və Fransa xarici işlər naziri Senatın qəbul etdiyi sənədi əhəmiyyətsiz adlandırdıBəs bütün bunlar Qarabağın gələcəyinə necə təsir edəcək?

Senat Xarici və Müdafiə Komitəsinin sədri Xristian Cambon “Qətnamə Ermənistanla həmrəy olduğumuzu göstərən güclü bir siyasi hərəkətdir”, deyə vurğulayıb.

Ancaq Fransa Xarici işlər naziri Jan-Baptiste Lemoine parlamentin yuxarı palatasının təşəbbüsünə soyuq reaksiya verdi. Parisin “DQR”-in müstəqilliyini birtərəfli şəkildə tanıması heç kim üçün faydalı deyil: nə Ermənistan, nə Qarabağ xalqı, nə Fransa, nə də Minsk qrupunun digər həmsədrləri (buraya Moskva, Paris və Vaşinqton nümayəndələri daxildir. – Red.), nə də Avropa üçün.”

Qətnamə məlum səbəblərə görə Stepanakertdə (Xankəndi-red) hərarətlə qarşılandı. “DQR” rəhbəri Arayik Arutyunyan Fransız senatorlara dərin təşəkkürünü bildirdi və qərarı tarixi hadisə adlandırdı.

Ermənistanın baş naziri Nikol Paşinyan qərarı əlamətdar hadisə adlandırsa da, daha təmkinli idi. Qısaca “Artsaxın tanınması beynəlxalq gündəmin bir parçası halına gəlir”, dedi.

Türkiyənin Bakıya yardımı da təsirsiz ötüşmədi. Türkiyə Xarici İşlər Nazirliyi Fransa parlamentinin yuxarı palatasını qərəzli olmaqda günahlandırdı. “Həmsədrlərin bitərəf qalması lazım olduğu halda, sənəd ATƏT-in Minsk Qrupunun niyə məsələni həll etmədiyini göstərir”, – deyə bəyanatda bildirilir.

Bakıdan olan həmkarları da Fransa Senatına sülhü, sabitliyi və tərəqqini təşviq etməyə  tövsiyə etdilər. Sonra rəsmi Parisin yüksək vəzifəli şəxslərin verdiyi zəmanətlərə əsasən “Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi – bu mövqenin həm ikitərəfli çərçivədə, həm də Avropa Birliyi ilə imzalanan müqavilələrdə əks olunduğu” parçası gəldi. Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağdakı münaqişə mövzusunun seçki məqsədi ilə istifadə olunduğunu etiraf etdi.

“Senat tərəfindən qəbul edilən sənədin heç bir qanuni qüvvəsi yoxdur. Lakin siyasi baxımdan əhəmiyyətlidir və bu, ölkənin qərəzsizliyi ilə bağlı ciddi şübhələr doğurur”, – deyə diplomatlar vurğuladılar. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Fransa parlamentarilərinin qərarını “kağız parçası” adlandırdı.

Azərbaycanın milli parlamenti olan Milli Məclis hökuməti Parislə münasibətlərinə yenidən baxmağa çağırdı. Millət vəkilləri, Bakının “Fransanın Minsk Qrupundan xaric edilməsi məsələsi ilə ATƏT rəhbərliyinə müraciət etməsi” və əlavə olaraq “iki ölkə arasındakı siyasi və iqtisadi əlaqələri dərindən təhlil etməlidir” qərarına gəldilər.

26 noyabr axşamı Fransanın Bakıdakı səfiri Zaxary Qross Azərbaycan Xarici İşlər Nazirliyinə çağrıldı və ona etiraz notası təqdim edildi.

Göründüyü kimi, Fransa Senatının qərarı bölgədə diplomatik savaşı qızışdırdı. Ancaq bu savaşdan kimin qalib çıxacağı hələlik sual olaraq qalır. Bəlli olansa odur ki, Senatın qərarı Ermənistanın işinə yarasa da, Fransanı çətin vəziyyətdə qoydu. Fransız Senat Juan Viardot deyib ki, “Senatın Dağlıq Qarabağı tanımaq qərarının heç bir praktik əhəmiyyəti yoxdur. Fransada xarici siyasəti prezident təyin edir və millət vəkilləri ona təzyiq göstərə bilməz. Sənəd Makronun stolunun üstünə qoyulacaq. Lakin Hökümət böyük ehtimalla bu sənədi qatlayıb bir kənara qoyacaq”.

Senator daha sonra etiraf edib ki, “Qərar Fransa hakimiyyətinin son vaxtlardakı hərəkətsizliyindən əsəbiləşən böyük erməni diasporunun könlünü almaq məqsədi ilə qəbul edilib. Baxmayaraq, fransada hamı, hətta ermənilər bilir ki, Senat daxili və xarici siyasətə təsir etmək iqtidarında deyil”.

Bu da onu göstərir ki, Senatın qərarı bir müddət müzakirə ediləcək, sonra isə unudulub gedəcək.

“RİA Novosti”, 27 noyabr 2020

KONKRET.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*