Ronaldo ilin futbolçularına güldübackend

Ronaldo ilin futbolçularına güldü

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2023-cü ilin ən yaxşı futbolçularını açıqlayıb. 

KONKRET.az xəbər verir ki, Portuqaliya millisinin və “Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo siyahıda yer almayıb. O, İFFHS-in sosial şəbəkə hesabında paylaşdığı siyahıya gülüş işarəsi atıb.

Qeyd edək ki, 38 yaşlı Ronaldo 54 qolla 2023-cü ilin ən yaxşı bombardiri olub.  O, bu göstəricidə PSJ-nin hücumçusu Kilian Mbappe və “Bavariya”nın forvardı Harri Keyni qabaqlayıb. Hər iki futbolçu bu il 52 qol vurub.

İFFHS-in versiyasına əsasən 2023-cü ilin ən yaxşı 10 futbolçusu

1. Erlinq Haaland (“Manchester Siti”, 208 xal)

2.Kilian Mbappe (PSJ, 105 xal)

3. Lionel Messi (“İnter Mayami”, 105 xal)

4. Rodri (“Mançester Siti”, 55 xal)

5. Jude Bellngem (“Borussiya” D, “Real”, 34 xal)

6.Kevin de Brüyne, (“Mançester Siti, 27 xal)

7. Harri Keyn (“Tottenhem”, “Bavariya”, 18 xal)

8.Bernardu Silva (“Mançester Siti, 9 xal)

9. Vinisius Junior (“Real”, 8 xal)

10. Lautaro Martinez (“İnter”, 7 xal)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*