Ronaldo Messiyə qarşı oynamayacaqbackend

Ronaldo Messiyə qarşı oynamayacaq

Kriştianu Ronaldonun formasını geydiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu bu gün Lionel Messinin çıxış etdiyi “İnter Mayami” ilə yoldaşlıq görüşü keçirəcək.

KONKRET.az xəbər verir ki, Ər-Riyad şəhərində keçiriləcək qarşılaşmada Ronaldonun iştirak etməyəcəyi bəlli olub.

Azarkeşlər maraqlı Kriştianu Messi dueli gözləsə də, portuqaliyalı superulduz zədələnib. Bunu komandanın baş məşqçisi Luis Kastro açıqlayıb.

O bildirib ki, Ronaldo zədə səbəbindən matçı buraxacaq.

Qeyd edək ki, “Əl-Nəsr” – “İnter Mayami” qarşılaşması Bakı vaxtilə saat 22:00-da start götürəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*