Ronaldonun bu hərəkəti ərəbləri dəli etdi – Paçasının arasını sildi və yerə tulladıbackend

Ronaldonun bu hərəkəti ərəbləri dəli etdi – Paçasının arasını sildi və yerə tulladı

Səudiyyə Ərəbistanının futbol çempionatında insident yaşanıb.

“Əl-Nəsr” klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldonun yoldaşlıq görüşündən sonra rəqib “Əl-Hilal” klubunun emblemi olan sarğı ilə paçasının arasını silməsi qalmaqal yaradıb.

Məsələ bu anı əks etdirən videonun internet məkanında yayılmasından sonra daha da böyüyüb.

KONKRET.az xəbər verir ki, “Əl-Hilal”ın 2:0 hesabı ilə qələbə qazandığı sözügedən matç fevralın 8-də paytaxt Ər-Riyadda baş tutub. Bu, Ronaldonun zədədən sonra ilk oyunu idi. O, bütün matçı meydanda keçirib və 54-cü dəqiqədə sarı vərəqə alıb.

Oyun başa çatdıqdan sonra Ronaldo tribunalara daxil olarkən “Əl-Hilal” azarkeşləri üzərində klubun simvolları olan sarğıları ona tərəf atıblar, portuqaliyalı isə üzünü və paçasını sildikdən sonra yaylığı yerə atıb.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*