Rubinyan: “Türkiyə ilə münasibətlərimizin yaxşılaşması Ankaranın siyasi iradəsindən asılıdır”backend

Rubinyan: “Türkiyə ilə münasibətlərimizin yaxşılaşması Ankaranın siyasi iradəsindən asılıdır”

Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan Türkiyənin CNN türk telekanalına müsahibə verib.

KONKRET.az xəbər verir ki, o, Ermənistan-Türkiyə danışıqlarının gedişi ilə bağlı rəsmi məlumat təqdim edib və türk həmkarı ilə sonuncu rəsmi görüşün 1,5 il əvvəl Vyanada baş tutduğunu xatırladıb. O vurğulayıb ki, bu görüşdə Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması barədə qərar qəbul edilib, lakin Türkiyə tərəfi hələlik addım atmayıb. “Biz Ermənistan-Türkiyə münasibətlərini tənzimləməyə hazırıq, lakin bu, Türkiyə tərəfinin siyasi iradəsindən asılıdır. Türkiyə tərəfinin belə bir iradəsi olsa, biz bu gün bu məsələni həll edə biləcəyik”, – Ruben Rubinyan bildirib.

İlkanə Şəvəqqət,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*