Rüfət Nasosnu ilə görüntülənən o qız kimdir? – Tanınmış meyxanaçı danışdı – VİDEObackend

Rüfət Nasosnu ilə görüntülənən o qız kimdir? - Tanınmış meyxanaçı danışdı - VİDEO

Şəhərin dəbdəbəli restoranlarından birində keçirilən məclisdə tanınmış meyxanaçı Rüfət Nasosnunun yanında görünən gənc xanımın kimliyi insanlarda maraq doğurub.

KONKRET.az xəbər verir ki, bir çox insanlar bu xanımın meyxanaçının fanatı olduğunu desələr də, bəziləri sevgi münasibətlərini istisna etməyiblər.

Saytımıza açıqlamasında Rüfət Nasosnu yayılan söz-söhbətlərə aydınlıq gətirib. O bildirib ki, görüntüləri yayılan xanımın adı Kübradır və onun fanatıdır: “Görüntülər Kübranın anası Lalə xanımın ad günündə çəkilib. Həmin məclisdə mən də qonaq kimi iştirak etmişəm” – deyə meyxanaçı bildirib.

Qeyd edək ki, Rüfət Nasosnunun son zamanlar ifa etdiyi “Bağışla” adlı mahnısı 5 milyondan çox dinlənilib və trendə düşüb. Məhz bu mahnı meyxanaçıya böyük populyarlıq gətirib.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*