Rusiya-Ukrayna müharibəsi davam etdikcə yeniyetmə və gənclər arasında ölkədən qaçma meylləri güclənib.
KONKRET.az xəbər verir ki, artıq bununla bağlı yerli mediada kifayət qədər xəbərlər dərc edilir. Dünən isə Kursk şəhərində 15 yaşlı yeniyetmənin Polşaya qaçmaq cəhdi barədə növbəti məlumat yayıldı.
Bütün əşyalarını çantaya yığıb Baqrationovska qəsəbəsinə gələn yeniyetmə hasarın üstündən keçərək Polşaya getməyi planlaşdırıb. O, valideynlərindən xəbərsiz bu addımı atmaq qərarına gəlib.
Polyaklar sərhəddə yeniyetməni saxlayıb. Sənədləri qaydasında olmadığına görə adı çəkilməyən yekinlik yaşına çatmayan Rusiya vətəndaşı geri qaytarılıb. Hazırda o, müvəqqəti yaşayış mərkəzinə aparılıb və valideynləri gələnə qədər orada qalacaq.
Rəsmiyyə Şərifova,
KONKRET.az
