Rusiya benzinin ixracına qadağa qoydubackend

Rusiya benzinin ixracına qadağa qoydu

Rusiyanın Baş naziri Mixail Mişustin tələbatın mövsümi artımı fonunda benzinin ixracına qadağa qoyulmasını təsdiqləyib.

KONKRET.az xəbər verir ki, qadağanın 2024-cü il martın 1-dən başlayaraq altı ay müddətinə tətbiq edilməsi planlaşdırılır. Nəşrin iddiasına görə, birjada dizel yanacağı satışının 16%-ə çatdırılması barədə qərar qəbul edilib.

İxrac qadağası Aİİ ölkələri, Monqolustan və Özbəkistana tədarük həcminə təsir etməyəcək.

Baş nazirin müavini Aleksandr Novak Mişustinə ixraca müvəqqəti qadağa tətbiq etmək təklifi ilə müraciət edib. Fevralın 21-də o, məktub göndərərək belə tədbirlərin tətbiqini yanacağa tələbatın artması ilə izah edib. Məktubda bildirilir ki, tələbat mövsümü yaz-tarla işləri, neft emalı zavodlarında planlı təmir işləri, eləcə də yay tətili ilə əlaqədardır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*