Rusiyada qadın məhbusları müharibəyə cəlb edirlər.
KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərə Leninqrad vilayətinin Ulyanovka kəndindəki 2 saylı islah koloniyasının keçmiş məhbusları məlumat verib. Koloniyadan cəbhəyə getməyə razılıq verən iki qadının adı da məlum olub.
Bu məlumatı onların qohumu da təsdiqləyib. Qadınların sözlərinə görə, Müdafiə Nazirliyinin nümayəndələri bir neçə dəfə koloniyaya gəliblər.
Qadınlara bir il müddətinə müqavilələr təklif edilib. Bundan sonra onlara əfv söz verilib.
Nəşrin məlumatına görə, 20-dən 50-yə qədər qadın məhbus razılaşsa da, indiyədək onların heç biri koloniyadan götürülməyib.
Ariz Həsənoğlu,
KONKRET.az
