“Rusiya qalib gəlməməlidir” – Makronbackend

"Rusiya qalib gəlməməlidir" - Makron

Fransa prezidenti Emmanuel Makron fevralın 26-da axşam Parisdə Avropanın, eləcə də ABŞ, Kanada və Böyük Britaniyanın iyirmi dövlət və hökumət başçısının iştirakı ilə Ukraynaya dəstək beynəlxalq konfransı açıb.

KONKRET.az-ın məlumatına görə, Ukraynanın müttəfiq ölkələrinin nümayəndələrini salamlayan Emmanuel Makron vurğulayıb ki, işçi görüşün məqsədi Rusiyanın Ukrayna ilə müharibədə qalib gəlməsinin qarşısını almaq üçün strateji və operativ qərarlar qəbul etməkdir.

Makron bildirib ki, Ukraynanın müttəfiqlərinin səfərbər olunmasına ehtiyac var və bu, Kiyevin Rusiya ilə hərbi qarşıdurmasında daha çox dəstək vermək üçün əhəmiyyətli qərarlar qəbul etmək deməkdir. O vurğulayıb ki, Ukraynaya dəstək bütövlükdə Avropanın təhlükəsizliyinin təminatıdır.

Fransa prezidenti son vaxtlar Rusiyada daxili siyasətdə sərtləşmənin müşahidə olunduğuna, ölkə daxilində müxalifətə qarşı təqiblərin gücləndiyinə diqqət çəkib. Makron həbsdə ölən Aleksey Navalnını xatırladıb. Bundan əlavə, Fransa prezidenti vurğulayıb ki, cəbhə xəttində əməliyyatların sərtləşdirilməsi, eləcə də kiberhücumların intensivləşməsi müşahidə olunur.

Makron vurğulayıb ki, vəziyyətin kollektiv təhlili bir neçə ildən sonra Rusiyanın başqa ölkələrə hücum edə biləcəyini göstərir. Ona görə də Rusiya təhlükəsinə qarşı çıxmaq bütün ölkələrin təhlükəsizlik məsələsidir. O əlavə edib ki, Rusiya qalib gəlməməlidir və ola da bilməz.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*