Rusiya saxladığı 3 gəmini Ukraynaya təhvil verdibackend

Rusiya saxladığı 3 gəmini Ukraynaya təhvil verdi

Rusiya bir il əvvəl saxladığı üç gəmini Ukrayna tərəfinə təhvil verib.

KONKRET.AZ Azvision.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, Rusiya bundan sonra da naviqasiya təhlükəsizliyini təmin etmək üçün öz sərhədlərindəki istənilən təxribatın qarşısını sərt şəkildə almaq niyyətindədir.

Həmçinin vurğulanıb ki, proses əldə edilmiş razılaşmaya uyğun olaraq aparılır.

Qeyd edək ki, Rusiya sərhədçiləri 25 noyabr 2018-ci il tarixində Kerç boğazı bölgəsində üç Ukrayna gəmisini saxlayıblar. Ukrayna gəmiləri qanunsuz olaraq Rusiyanın ərazi sularına girib, nəticədə onlar tutulub.

Bundan əlavə, 24 Ukrayna dənizçisi həbs edilib. Moskva ilə Kiyev arasındakı mübadilə çərçivəsində onlar 2019-cu ilin sentyabrında Ukraynaya qayıdıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*