Finlandiya, İsveç və Norveçin şimalında NATO-nun adlı genişmiqyaslı hərbi təliminə start verilir. “Nordic Response 2024” adlı təlim martın 15-dək davam edəcək. Təlimlərə Norveç rəhbərlik edir.
KONKRET.az xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” nəşri məlumat yayıb.
Media qeyd edir ki, Finlandiya üçün bu, Müdafiə Qüvvələri tarixində xaricdə keçirilən beynəlxalq təlimlərdə ən mühüm iştirakdır. Həmçinin Finlandiya ilk dəfədir ki, müdafiə alyansının üzvü kimi NATO ölkələrinin birgə müdafiə təlimində iştirak edir.
“Nordic Response” quruda, dənizdə və havada genişmiqyaslı hərbi təlimdir. Bu təlimdə 14 ölkədən 20 minə yaxın hərbçi, Finlandiyadan isə 4100-ə yaxın hərbi qulluqçu iştirak edəcək.
“Nordic Response 2024” Şimali Atlantika Alyansının genişmiqyaslı Sabit Müdafiəçi təliminin bir hissəsidir. Təlimlərə 50-dən çox gəmi, o cümlədən freqatlar və sualtı qayıqlar, o cümlədən 100-dən çox döyüş təyyarəsi, helikopter və digər təyyarələr göndəriləcək.
Ariz Həsənoğlu,
KONKRET.az
