Rusiya sülhməramlıları mövcud şərtlərə baxmayaraq, Qarabağda öz tapşırıqlarını yerinə yetirməkdə davam edirlər.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski deyib.
“Qarabağ probleminin sülh yolu ilə həlli üçün addımlar Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlar toplusunda aydın şəkildə əks olunub. Orada davamlı atəşkəsi təmin etməli olan rus sülhməramlılarının statusu və funksionallığı da göstərilib.Sülhməramlı missiya üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edir”, – Slutski bildirib.
Diplomat tərəfləri qan tökülməsini dayandırmağa və danışıqlar masasına qayıtmağa çağırıb.
Bundan əlavə, o qeyd edib ki, Nikol Paşinyanın Qarabağ ərazisi ilə birlikdə Azərbaycan Respublikasının suverenliyini tanımağa hazır olması barədə Praqada verdiyi bəyanatlar Bakıya regiondakı vəziyyəti şərh etməyə əsas verə bilər.
Ariz Həsənoğlu,
KONKRET.az
