Rusiya Türkiyə ilə müntəzəm uçuşları da dayandırdı – YENİLƏNİBbackend

Rusiya Türkiyə ilə müntəzəm uçuşları da dayandırdı - YENİLƏNİB

Rusiya Türkiyə ilə hava əlaqəsini 1,5 aylıq dayandırmağa qərar verib.

KONKRET.az xəbər verir ki, bu barədə RBK öz mənbələrinə istinadən məlumatına yayıb.

Rusiyanın hava əlaqəsini dayandırmasına səbəb kimi Türkiyədə koronavirusa yoluxma halının artması göstərilib. Bildirilib ki, ilk növbədə Rusiya ilə Türkiyə arasında çarter reysləri dayandırılır .

Operativ Qərargah Rusiyanın sərnişin aviaşirkətlərinə Türkiyənin bütün aeroportlarına uçuş həyata keçirməyi 1,5 aylıq, aprelin 15-dən iyunun1-nə kimi  dayandırmaqla bağlı xəbərdarlıq edib.

Mənbə aviareyslərin dayandırılmasının müntəzəm reyslərə aid olub-olmaması ilə bağlı açıqlama verməyib.

Hazırda Türkiyədə olan rusiyalı turistlərin təxliyəsinin olmayacağı, onların planlı şəkildə ölkəyə geri gətiriləcəyi qeyd olunub.

20:53

Rusiya Türkiyəyə çarter uçuşlarını dayandırır.

KONKRET.az xəbər verir ki, bu barədə “RBK” nəşri məlumat yayıb. Bildirilir ki, belə bir qərara Türkiyədə koronavirusa yoluxma sayının artması səbəb olub.

Qərar ay yarım qüvvədə olacaq. Yeni qadağanın müntəzəm uçuşlara da aid olunub-olunmayacağı hələlik bilinmir. Mənbənin sözlərinə görə, turistlərin Türkiyədən təxliyyə olunması planlaşdırılmır, onlar planlı şəkildə geri gətiriləcək. unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*