Moskva Şəhər Məhkəməsi Ukraynanın Qazaxıstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Pyotr Vrublevskinin qiyabi həbsinə qərar verib.
KONKRET.az xəbər verir ki, diplomat mümkün qədər çox rusu öldürmək çağırışları ilə yadda qalıb.
Müvafiq məlumatlar məhkəmələrin məlumat bazasında, eləcə də Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında yer alıb. Vrublevski nifrət və ya düşmənçiliyi qızışdırmaqda, habelə insan ləyaqətini alçaltmaqda ittiham olunur.
Qeyd edək ki, 2022-ci ilin avqustunda qazaxıstanlı bloqer Dias Kuzairovla müsahibəsində Vrublevski Rusiya xüsusi əməliyyatını şərh edərkən demişdi: “İndi nə qədər çox rus öldürsək, bir o qədər nailiyyətdir”. Bu bəyanat geniş rezonans doğuraraq Qazaxıstan Xarici İşlər Nazirliyinin etirazına səbəb olub. İdarənin rəsmi nümayəndəsi Aybek Smadiyarov Vrublevskinin sözlərinə görə üzr istəyib.
Daha sonra Rusiya mətbuatı yazıb ki, Pyotr Vrublevski hakimiyyət orqanlarının tələbi ilə Qazaxıstanı tərk edib. Bununla belə, Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi Qazaxıstanın diplomatın ölkədən çıxarılması ilə bağlı tələblər irəli sürmədiyini, onun məzuniyyətə getdiyini bildirib. 2022-ci ilin oktyabrında Vrublevski tutduğu vəzifədən uzaqlaşdırılıb.
Kursiv.kz xəbər verir ki, bu günə qədər prezident Vladimir Zelenski Ukraynanın Qazaxıstana yeni səfirini hələ təyin etməyib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
