“Rusiya və Belarusun birləşməsini dəstəkləmirəm”.
KONKRET.az xəbər verir ki, belə bir açıqlama ilə Belarus prezidenti Aleksandr Lukaşenko çıxış edib.
O bildirib ki, belə bir addım vəziyyəti daha da pisləşdirə bilər.
Lukaşenkonun fikrincə, Belarus və Rusiya müstəqil dövlətlər kimi daha güclüdür:
“Rusiyada, xüsusən də Belarusda hesab edirlər ki, sabah biz birləşəcəyik. Hakimiyyət Kremldə olacaq. Mən gedən prezidentəm, bunu tez-tez deyirəm. Amma tam əminəm ki, məndən sonra kim gəlirsə gəlsin, bu mövqe dəstəklənməyəcək. Biz İki suveren dövlətik. Biz həmişə Rusiya ilə birlikdə olacağıq. Belə bir vəziyyətdə istənilən düşmənə müqavimət göstərə bilərik”, – deyə Lukaşenko bildirib.
Burhan,
KONKRET.az
