“Qərb və Rusiya qarşıdurmanı Ermənistanda davam etdirəcək” – Rustamyandan SENSASİYALI AÇIQLAMAbackend

"Qərb və Rusiya qarşıdurmanı Ermənistanda davam etdirəcək" - Rustamyandan SENSASİYALI AÇIQLAMA

“Ukrayna prezidenti Volodimir Zelenskinin Ermənistana səfəri ölkəni dərhal Rusiya-Ukrayna qarşıdurması meydanına çevirəcək”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistan müxalifət blokunun deputatı Armen Rustamyan səsləndirib.

Onun sözlərinə görə, Nikol Paşinyanın yürütdüyü xarici siyasət mahiyyət etibarilə Rusiya və Qərbi qarşıdurmanı davam etdirmək üçün Ermənistana dəvətdir.

Rüstəmyanın fikrincə, bu, Ermənistanın Qərbin anti-Rusiya cəbhəsini genişləndirmək planlarında iştirakı deməkdir ki, bu da onun fikrincə Ermənistanın suverenliyini və dövlətçiliyini itirməsi ilə nəticələnəcək.

Xatırladaq ki, bir neçə gün əvvəl mətbuatda Ukrayna prezidenti Volodimir Zelenskinin martın 4-də İrəvana səfər edəcəyi barədə xəbər yayılıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*