Rusiyadakı pravoslav din xadimləri həbsxanada ölən müxalif siyasətçi Aleksey Navalnının cəsədinin ailəsinə verilməsi xahişi ilə dövlət başçısına müracət ediblər.
KONKRET.az Rusiya mediasına istinadən bildirir ki, müraciəti 450 provaslav ruhanu və din xadimi imzalayıb.
Müraciətdə bildirilib ki, anası, ailə üzvləri və həmfikirlərinin Aleksey Navalnı ilə vidalaşması və dəfnini keçirməsi üçün siyasətçinin cənazəsi ailəsinə verilməlidir.
“Bu, təkcə onların istəyi və qanuni haqqı deyil, bu, həm də Allah və mərhum qarşısında borcdur”.
Navalnının təkcə müxalif siyasətçi deyil, həm də dindar, pravoslav xristian olduğunu xatırladan müraciət müəllifləri onun cəsədini yaxınlarına verilməsindən imtinanın “amansızlıq və qeyri-insaniliyin təzahürü kimi qəbul ediləcəyi” barədə xəbərdarlıq ediblər.
Xatirə SADİQ,
KONKRET.az
