Belqorodda raket təhlükəsi rejimi elan edilib.
KONKRET.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.
“Belqorodda raket təhlükəsi sirenası işə salınıb”, – deyə o qeyd edib.
Qladkov həmçinin evdə vətəndaşları pəncərələrə yaxınlaşmamağa və möhkəm divarları olan pəncərəsiz otaqlara sığınmağa çağırıb. Eyni zamanda çöldə olanlara sığınacaq və ya başqa təhlükəsiz yerlərə getməyi məsləhət görüb.
Burhan,
KONKRET.az
