Rusların bu addımı müsəlmanları QƏZƏBLƏNDİRDİ: Rusiya təhlükədədir, Putini isə…backend

Rusların bu addımı müsəlmanları QƏZƏBLƏNDİRDİ: Rusiya təhlükədədir, Putini isə...

Rusiyanın Başqırdıstan bölgəsinin Blaqoveşensk rayonunda naməlum şəxs tərəfindən məscid yandırılıb. Hadisə ictimaiyyət arasında geniş rezonans doğurub. Maraqlıdır, bu hadisə Rusiyada müsəlman icmasına qarşı artan təzyiqlərin göstəricisi kimi qiymətləndirilə bilərmi? Ümumiyyətlə, hadisə müsəlmanlarla xristianlar arasında qarşıdurmaya gətirib çıxaracaqmı?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Rizvan Hüseynov bildirib ki, bu, Rusiyada müsəlman icmasına qarşı artan təzyiqlərin bariz göstəricisidir:

Rusiya barışığa hazırlaşır – Kreml önəmli fiquru Bakıya göndərir

“Bu, ilk hadisə deyil. Rusiyada uzun illərdir ki, millətçi qruplar tərəfindən hücumlar təşkil olunur. Məscidlərə, müsəlman icmalarına, eləcə də Dağıstan, Orta Asiya, Türküstan və Qafqazdan gələn müsəlman xalqlarının nümayəndələrinə qarşı nifrət mövcuddur. Son illərdə isə “rus icması” adı altında yaradılan millətçi-faşist qruplar bu aqressiyanı daha da gücləndiriblər. Təəssüf ki, güc strukturlarının da bu proseslərə göz yumması müşahidə edilir”, – deyə o, vurğulayıb.

Politoloqun sözlərinə görə, hücumlar əsasən miqrantlara, Qafqaz və Orta Asiyadan gələn xalqların nümayəndələrinə, o cümlədən azərbaycanlılara, özbəklərə, qırğızlara, qazaxlara, taciklərə yönəlir:

“Bu hücumlar türk-müsəlman toplumuna qarşı aparılır. Məscidlər də istisna deyil. Ancaq nəticə etibarilə bu siyasət Rusiyanın özünə qarşı çevriləcək. Çünki artıq daxildə də narazılıqlar artır və yerli türk-müsəlman xalqları vəziyyəti görürlər”, – Rizvan Hüseynov vurğulayıb

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*