Sabah Moskvada Üçtərəfli İşçi Qrupun iclası olacaqbackend

Sabah Moskvada Üçtərəfli İşçi Qrupun iclası olacaq

Sabah Moskvada regional kommunikasiyaların bərpası üzrə Üçtərəfli İşçi Qrupunun növbəti iclası keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın ofisindən news.am-a bildirilib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə yaradılan işçi qrupu sonuncu dəfə 2021-ci ilin dekabrında görüşüb.

Azərbaycan və Ermənistanın sərhəddə delimitasiya və təhlükəsizlik komissiyalarının Moskvada keçiriləcək növbəti iclasına gəlincə, görüşün vaxtı hələlik açıqlanmayıb. Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*