Xəbər verdiyimiz kimi, dünən “Natiq” ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinovun oğlu Ümidin toyu olub.
KONKRET.az xəbər verir ki, səbəbkarların gəlin maşını şadlıq evinin həyətinə musiqi sədaları altında daxil olub.
Nağara və zurna ifaçıları gəlin maşınını müşayiət edərək mahnı səsləndiriblər.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, Alim Qasımovun nəvəsi Fatimə ilə ailə quran sənətçinin musiqiçi oğlunun xoş gününə incəsənət və digər sahələrin tanınmış simaları dəvət olunub.
N.Şirinov oğlu üçün daha iki gün toy edəcək. O bildirib ki, bu addımı atmasına səbəb pandemiya ilə əlaqədar toylara 150 nəfərdən çox adamın gəlməsinə icazə verilməməsidir.
Xatırladaq ki, Fatimə Əməkdar artist Fərqanə Qasımovanın qızıdır. Ümid atası kimi nağara ifaçısıdır. Cütlüyün nişan mərasimi ötən il baş tutub. Bu il yanvarın 30-da isə onların qız toyu olub.
