Şahruddin də bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlayıb və sona qədər meydanda olub.
KONKRET.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor” öz meydanında “Ankaragücü”nü qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
21 turdan sonra 30 xal toplayan “Adana Demirspor” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
