“Seçki keçirməyə hazırıq, lakin xalq buna qarşıdır” – Zelenskibackend

"Seçki keçirməyə hazırıq, lakin xalq buna qarşıdır" - Zelenski

Seçkiləri keçirməyə hazırıq, lakin ukraynalıların əksəriyyəti buna qarşıdır.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Assoşeyited Press”ə müsahibəsində deyib.

O vurğulayıb ki, hazırda Ukraynanın prioriteti yerli silahların istehsalı ilə bağlıdır:

“Biz daha sürətli nəticələr istəyirdik. Bu baxımdan, təəssüf ki, istədiyimizə nail ola bilməmişik. Ukrayna müttəfiqlərindən bütün lazımi silahları almadı və hərbi gücün həcminə qoyulan məhdudiyyətlər irəliləyişə mane oldu. Ukraynada müharibə yeni mərhələyə qədəm qoyub. Ümumiyyətlə, qış müharibənin yeni mərhələsidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*