Şəmkirdə avtoqəza oldu – xəsarət alanlar varbackend

Şəmkirdə avtoqəza oldu - xəsarət alanlar var

Şəmkir rayonu Qasımalılar kəndində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

KONKRET.az xəbər verir ki, “VAZ-2106” markalı minik avtomobilinin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində sürücü – 2004-cü il təvəllüdlü Sənan Quliyev, sərnişinləri, 2003-cü il təvəllüdlü Bayram Məmmədov və həmyaşıdı Rüfət Uğurov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlardan birinin vəziyyəti daha ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*