Səudiyyə Ərəbistanı İsraillə sülh bağlamaqdan İMTİNA ETDİbackend

Səudiyyə Ərəbistanı İsraillə sülh bağlamaqdan İMTİNA ETDİ

“Səudiyyə hakimiyyəti İsraillə ikitərəfli münasibətlərin normallaşdırılması üzrə danışıqlar prosesini dayandırmaq qərarına gəlib”.

KONKRET.az xəbər verir ki, bu barədə bazar günü “The Jerusalem Post” ərəb KİV-lərinə istinadən xəbər verir.

Bildirilir ki, Səudiyyə hakimiyyəti İsraillə ikitərəfli münasibətlərin normallaşdırılması üzrə danışıqlar prosesini dayandırmaq qərarına gəlib. Ər-Riyad qərarını ABŞ administrasiyasına çatdırıb.

Buna səbəbə Səudiyyə tərəfinin İsrailin baş naziri Benyamin Netanyahu ilə güzəştə getmək üçün heç bir fürsət görməməsidir. Çünki o, Ər-Riyadın israr etdiyi fələstinlilərlə yaxınlaşmağa hazır deyil.

“Axios” portalının mənbələrə istinadən verdiyi məlumata görə, avqust ayında Ağ Ev İsrail hökumətinə bildirib ki, İsrail və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin qurulmasına dair sazişin bağlanması yalnız Fələstinin tələblərinin bir hissəsi yerinə yetirildiyi təqdirdə mümkün olacaq.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*