Şimali Koreya bir neçə raketin sınağına start verib.
KONKRET.az bildirir ki, raketlər yerli vaxtla səhər saat 07:00 radələrində havaya qaldırılıb.
Qeyd edək ki, yanvarın 28-də Şimali Koreya iki yeni “Pulhvasal-3-31” qanadlı raketini də sınaqdan keçirib.
Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, sınaqlara ölkə lideri Kim Çen In rəhbərlik edib.
Fatimə Lətif,
KONKRET.az
