Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb.
BMW markalı avtomobil yolu keçən Şirvan rayon sakini, 1968-cı il təvəllüdlü Səfərova Ayidə Kərəm qızını vurub.
Sürücü tərəfindən xəstəxanaya aparılan yaralı piyada yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.//APA
