Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antonio Quterreşi BMT strukturlarının nümayəndələrinin Ukrayna ilə bağlı siyasiləşdirilmiş təşəbbüslərə cəlb edilməsinin qarşısını almağa çağırıb.
KONKRET.az bu barədə TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in yaydığı bəyanatda bildirilir.
“Ən aktual beynəlxalq məsələlər, eləcə də Rusiya ilə BMT arasında əməkdaşlığın müxtəlif aspektləri ənənəvi olaraq həmişə diqqət mərkəzində olub”, – nazirlik qeyd edib.
“Ukrayna böhranı kontekstində BMT strukturlarının nümayəndələrinin siyasiləşdirilmiş təşəbbüslərə cəlb edilməsinin qarşısının alınması çağırışı Quterreşə ünvanlanıb”, – bəyanatda deyilir.
Rusiyalı nazir həmçinin BMT-nin baş katibi Antonio Quterreşin diqqətini müxtəlif ərazilərlə bağlı ABŞ sənədlərində ikili standartların tətbiqinin yolverilməzliyinə yönəldib.
“Nazir bir daha BMT Nizamnaməsinin 100-cü maddəsində müəyyən edilmiş ədalətlilik və mərkəzlik prinsiplərinə BMT rəhbərliyi və qlobal təşkilatın bütün əməkdaşları tərəfindən istisnasız olaraq ciddi riayət olunmasının zəruriliyini vurğulayıb”, – bəyanatda qeyd edilir.
Ariz Həsənoğlu,
KONKRET.az
