Smolensk vilayəti üzərində Ukraynaya məxsus 3 PUA vuruldubackend

Smolensk vilayəti üzərində Ukraynaya məxsus 3 PUA vuruldu

Rusiya hava hücumundan müdafiə sistemləri Smolensk vilayəti ərazisi üzərində üç Ukrayna pilotsuz təyyarəsini zərərsizləşdirib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Noyabrın 17-də Kiyev rejiminin Rusiya ərazisindəki obyektlərə PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Smolensk vilayətinin ərazisi üzərində Ukraynanın üç pilotsuz uçuş aparatını məhv edilib”, – məlumatda deyilir.

Qeyd edək ki, Ukrayna qoşunları mütəmadi olaraq müxtəlif üsullarla, o cümlədən PUA-lar vasitəsilə Rusiyanın sərhədyanı ərazilərini, xüsusən Belqorod, Bryansk, Kursk və Voronej vilayətlərini atəşə tutur.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*