SON DƏQİQƏ: İranda ATIŞMA – Bir polis öldü, çox sayda yaralı varbackend

SON DƏQİQƏ: İranda ATIŞMA - Bir polis öldü, çox sayda yaralı var

İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində polislərlə silahlılar arasında atışma baş verib.

Konkret.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, bunu İranın Sistan və Bəlucistan vilayətinin İranşəhr rayonu prokuroru Möhsün Qolməhəmmədi deyib.

Onun sözlərinə görə, atışma nəticəsində 1 polis ölüb, daha 3 polis yaralanıb. Silahlılar avtomobillə hadisə yerindən qaçıblar.

Cinayəti törədən şəxslərin axtarışı davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*