SON DƏQİQƏ: İranın Azərbaycana qarşı düşmənçiliyinin ƏSL SƏBƏBLƏRİ məlum oldu – ŞOK FAKTLARbackend

SON DƏQİQƏ: İranın Azərbaycana qarşı düşmənçiliyinin ƏSL SƏBƏBLƏRİ məlum oldu - ŞOK FAKTLAR

Azərbaycan Vətən müharibəsində qələbə qazandığı halda İrəvanın hələ də sülh üçün yalvarmaması, əksinə yeni təxribatlara cəhd göstərməsi müəyyən suallar doğurur. Eləcə də Azərbaycanın Laçın dəhlizindən istifadəyə icazə verməsi fonunda Ermənistanın Zəngəzur koridorunun açılmasına əngəl yaratması və separatçı Arayikin Şuşanın bir addımlığındakı xankəndidən tutularaq istintaqa cəlb olunmaması bir sıra qaranlıq məqamlardan xəbər verir. Bəs bütün bunlara kimlər və niyə rəvac verir?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Yeganə Hacıyeva bildirib ki, 44 günlük Vətən müharibəsi Cənubi Qafqazda güclər balansını dəyişdi: “Buna qədər regionda əsas qlobal güc Rusiya hesab olunurdu. Amma torpaqlarımızı işğaldan azad etməyimizlə Cənubi Qafqaza NATO-nun müttəfiqi qismində Türkiyə daxil oldu. Bu həm də Türkiyənin timsalında NATO-nun Cənubi Qafqaza girməsi demək idi. Mövcud vəziyyət Rusiya və digər qüvvələrin maraqları ilə uzlaşmadığından ciddi fikir ayrılıqları yarandı. Amma burada maraqlı məqam ondan ibarətdir ki, fevral ayına qədər Rusiya qlobal güc hesab edilirdisə, bu gün vəziyyət tamamilə fərqlidir. Çünki ilk əlliliyə düşə bilməyən Ukrayna silahlı qüvvələri dünyanın üçlükdə olan ən güclü ordusuna qarşı aylardır dirəniş göstərir. İkinci bir mif 44 günlük Vətən müharibəsində Azərbaycanın qalib gəlməsi ilə dağıldı. Üçüncü mifi yenə də Azərbaycan dağıdır. Belə ki, Rusiyanın Vətən müharibəsindən sonra Cənubi Qafqazda buraxdığı səhvləri düzəltmək cəhdi fiaskoya uğrayıb. Artıq Rusiya anlayır ki, üçtərəfli razılaşmada Kremlin tutduğu mövqe ona sərf etmir. Çünki Azərbaycan və Ermənistanın Kremlə ehtiyacı yoxdur. Rusiyaya ehtiyacın olmaması isə Ermənistandakı “102”ci hərbi bazanın oradan çıxarılması deməkdir. Bütün bunlar isə geniş anlamda Rusiyanın Cənubi Qafqazdan tamamilə çıxması prosesini sürətləndirir. Ona görə də, Kremlin ermənilərin əli ilə son zamanlar Azərbaycana qarşı təxribatlara cəhd göstərməsinin arxasında bu səbəblərin dayandığını söyləmək mümkündür”.

Yeganə Hacıyeva: “Beynəlxalq təşkilatlar Ermənistanın cinayətlərinə hələ də  səssiz qalırlar” – MÜSAHİBƏ – Yenicag.Az

Politoloq İranın qərəzli mövqeyini bu cür izah edib: “İran hərbi mühasirəyə düşdüyünü, siyasi-iqtisadi maraqlarının zədələndiyini hesab edir. Bunun texniki anlamda izahı mövcuddur. Hərbi baxımdan İran doğurdan da mühasirədədir. Amma Tehranın qonşu dövlətlərlə düşmən münasibət yaratması buna rəvac verir. Əgər İran qonşu dövlətlərə düşmən münasibəti bəsləməsə, o zaman hərbi mühasirədə olduğunu da düşünməz. İqtisadi cəhətdən Tehranın narazı qaldığı məqam isə tam başqadır. Belə ki, İran 30 il ərzində Azərbaycanın işğal altında qalan ərazilərindən Avropaya xüsusi çıxış kimi istifadə edib. İran büdcəsinin həlledici hissəsi məhz Azərbaycan ərazilərini istismar etməsi ilə formalaşıb. Eyni zamanda molla rejiminin siması Azərbaycanda açılmayana qədər İranın xüms paylarında Rusiyadan gələn xərclər əsas rol oynayıb. Yəni Rusiyadakı azərbaycanlı şiələrin xüms kimi verdiyi pullar molla rejiminin büdcəsini doldurub. Amma 44 günlük Vətən müharibəsindən sonra Rusiyada yaşayan azərbaycanlı şiələr tərəfindən göndərilən milyonlarla vəsait kəsildi. İranın son proseslərdəki qıcığını məhz bu amillərdə axtarmaq lazımdır. Son nəticədə maraqları zədələnən İran və Rusiya prosesə Fransanı qatmaqla Azərbaycana qarşı birləşib. Fransanın Azərbaycana qarşı olması isə sırf öz daxilindəki proseslərlə bağlıdır. Belə ki, Emmanuel Makron seçkilərdə qalib gəlmək üçün erməni lobbisinə arxalanır. Parisin prosesə qoşulmasının təşəbbüsü isə məhz Rusiyadan gəlir. Fransa senatında Azərbaycana qarşı sanksiya tələbi ilə müzakirəyə çıxarılacaq qətnamənin təşəbbüskarı da birmənalı olaraq Kremldir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*