“Soyunmaq istəyənlər Afrikada meymunlarla yaşaya bilərlər” – Hüquqşünasbackend

“Soyunmaq istəyənlər Afrikada meymunlarla yaşaya bilərlər” - Hüquqşünas

“Azərbaycan qanunvericiliyində fiziki şəxslərin geyimləriylə bağlı hər hansı məhdudiyyət və qadağalar yoxdur. Fiziki vətəndaşların geyimləriylə bağlı polis eyni zamanda ictimaiyyətin fikrini və rəyini nəzərə almaq məcburiyyətindədir. Əgər, geyimdən kimsə narahat olursa və bununla bağlı şikayət edirsə, belə olan təqdirdə mütləq qaydada polis həmin şəxslə fərdi qaydada profilaktik söhbətlər aparır, amma intizam tənbeh tədbiri təqdim etmir. Bu baxımdan digər vətəndaşlardan şikayət olmasa belə, polisin elə bir ixtiyarı yoxdur”.

KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a hüquqşünas Ramil Süleymanov küçələrdə insanların geyimləri bağlı, qanunvericilikdə bu məsələnin tənzimləməsi barədə suallara cavab verərkən deyib. Hüquqşünas bildirib ki, bununla bağlı qanunvericilikdə hər hansı qadağa və məsuliyyət olmasa belə, vətəndaş polisin çağırışına əməl etməlidir.

Vətəndaşın borcudur ki, polis hətta qanunsuz şəkildə onu çağırsa belə, hüquq mühafizə orqanının əməkdaşının çağırışına tabe olmalıdır. Polis də vətəndaşa yaxınlaşıb onu nə üçün və hansı şikayət əsasında saxladığını izah etməlidir. Vətəndaş tabesizlik göstərəsə, o zaman İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsiylə ittiham oluna bilər. Polis bununla bağlı profilaktik söhbətlər edə bilər. Məsələn, paltarsız gəzməyin onun həyatı üçün hansısa təhlükələr törədə biləcəyini deyə bilər”.

O, fikirlərinə bu cür davam edib:

“Bizdə açıq-saçıq geyinməyi Avropa dəyərləri kimi təqdim edirlər. Amma əslində bu, belə deyil. Mən Avropanın 12 ölkəsində görmüşəm. Bu dərəcədə soyunma görməmişəm. Sadəcə olaraq bizdə hər şeyin ifratına gedirlər. İnsanlar içlərindəki özünütəsdiqetmə psixoloji durumunu sanki soyunmaqla isbatlamağa çalışırlar. Nəticə etibarıyla bu həm cəmiyyət tərəfindən birmənalı qarşılanmır və iyrənc görsənir, həm də o şəxslər belə davranmaqla kənardakı insanların, cəmiyyətin diqqətini üzərlərinə toplamaq istəyirlər. Mən hesab edirəm ki, şəxs öz davranışıyla, elmiylə, gözəl əxlaqıyla, qanunlara riayət etməyi ilə tanınsa daha yaxşı olar. Bunu istəmək gerçəkdən homosapiensin ilkin variantına qayıtmaq deməkdir. Soyunmaq istəyənlər Afrikada meymunlarla yaşaya bilərlər. Lüt yaşayan xüsusi tayfalar var, onlarla ömür sürə bilərlər. Qanunlar cəmiyyətin tələbləri və ictimai sifariş əsasında təyin olunur”.

“Fiziki şəxslərin geyimi ilə bağlı müddəalar hazırlanmalıdırmı” sualını hüquqşünas belə cavablandırıb:

“Qanun bunu tənzimləyə bilməz. Çünki insanların geyim azadlığı var. Geyim azadlığı, dövlətlərin Beynəlxalq Konvensiyalar üzrə üzərlərinə götürdükləri pozitiv öhdəlikləri var. Bu öhdəliklərə görə dövlət özünə lazım olan sahələrdə geyimləri tənzimləyə bilər. Bundan başqa, dövlət istəsə, insanların geyimlərini tənzimləyə bilər. Bunun üçün heç bir konvensiya da dövlətin əlini qolunu bağlamır. Biz Avropa Konvensiyasının yurisdiksiyasında olan bir dövlət kimi insanların şəxsi seçimlərinə, şəxsi həyatına hörmətlə da yanaşmağı öz üzərimizə pozitiv öhdəlik kimi götürmüşük. Bu cür də davam etməliyik”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*