Stoltenberq: “İsveç NATO-nun 32-ci dövləti olacaq”backend

Stoltenberq: "İsveç NATO-nun 32-ci dövləti olacaq"

NATO-nun baş katibi Yens Stoltenberq İsveçin Şimali Atlantika Alyansına qəbul edilməsinə dair protokolun Macarıstan parlamentinin ratifikasiyasını alqışlayıb.

KONKRET.az xəbər verir ki, müvafiq bəyanatı NATO-nun mətbuat xidməti yayıb.

“Mən Macarıstan parlamentində İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etmək üçün səsverməni alqışlayıram”, – deyə Stoltenberq bildirib.

Onun sözlərinə görə, İsveç NATO-nun 32-ci dövləti olacaq.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*