Avropa Parlamentinin deputatı, diktator Benito Mussolininin nəvəsi Alessandra Mussolini Strasburq şəhərində hücuma məruz qalıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hadisə bazar ertəsi axşam baş verib.
62 yaşlı deputatın sözlərinə görə, italyanca danışan kişi qaranlıqda ona yaxınlaşaraq söyüb, kürəyindən və çiyinlərindən vurub. Səs-küyə deputatın köməkçiləri gəlib və kişi hadisə yerindən uzaqlaşıb.
“Baş verənlərdən sarsılmışam. Biz qadınlar öz hərəkətlərimizdə, işlərimizdə sərbəst olmalı, küçələrdə sakit, rahat gəzməli, özümüzü məhdudlaşdırmamalıyıq. Mənə daha çox məşq etmək lazım gələcək”, – deyə parlamentar əlavə edib.
Xatirə SADİQ,
KONKRET.az
