Sumqayıtda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
KONKRET.az xəbər verir ki, hadisə şəhərin Sülh küçəsində baş verib. Yolu keçmək istəyən Sumqayıt şəhər sakini, 2000-ci il təvəllüdlü Firəngiz Süleymanovanı marşrut avtobusu vurub. Qadın aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.//APA
