“Surroqat analıq qadağan edilməlidir” – Papa Fransiskbackend

"Surroqat analıq qadağan edilməlidir" - Papa Fransisk

Papa hesab edir ki, surroqat analıq qadağan edilməlidir. Pontifik həm də gender nəzəriyyəsi adlanan nəzəriyyəyə – insanın gender kimliyinin mütləq bioloji cinsi ilə üst-üstə düşməyəcəyi anlayışlar sisteminə qarşı çıxış edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Roma Papası Fransisk öz çıxışında surroqat analığı acınacaqlı hal kimi dəyərləndirib.

Onun fikrincə, bu, qadın və uşağının ləyaqətini ciddi şəkildə pozur. “Uşaq bir nemətdir, müqavilə obyekti deyil”, – deyən pontifik ümid etdiyini bildirib ki, diplomatlar və beynəlxalq ictimaiyyət bu təcrübəni qadağan etmək üçün səylərini əsirgəməyəcək.

Gender nəzəriyyəsindən danışan pontifik bunu ideoloji müstəmləkəçilik nümunəsi adlandırıb. Papa elm adamlarının bu sahədə araşdırmalarını son dərəcə təhlükəli hesab edir, çünki hamını bərabərləşdirmək istəyində fərqlər silinir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*