Tanışlıq saytı vasitəsilə məxfi məlumatları ötürdü – Həbs edildibackend

Tanışlıq saytı vasitəsilə məxfi məlumatları ötürdü - Həbs edildi

ABŞ-da tanışlıq saytı vasitəsilə məxfi məlumatları ötürməkdə təqsirli bilinən hərbçi həbs edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 63 yaşlı David Slater Strateji Komandanlığa təyin edilib və mütəmadi olaraq Rusiyanın Ukraynadakı xüsusi əməliyyatını müzakirə edən brifinqlərdə iştirak edib. O, onlayn tanışlıq xidməti vasitəsilə onlar haqqında toplanmış məlumatları özünü ukraynalı qadın kimi göstərən şərikinə sızdırıb.

Slaterin işi üzrə ilk məhkəmə iclası martın 5-də keçiriləcək. Onu 10 ilə qədər həbs cəzası və hər bir maddə üzrə 250 min dollara qədər cərimə gözləyir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*