Tayland kralı məşuqəsinin general rütbəsini əlindən aldı – VİDEObackend

Tayland kralı məşuqəsinin general rütbəsini əlindən aldı – VİDEO

Tayland Kralı Maha Vajiralongkom məşuqəsi Sineenat Vonqvajirapakdini sədaqətsizlikdə günahlandıraraq rütbəsini əlindən alıb.

KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Tayland Krallığından açıqlama verilib.

Açıqlamada məşuqəsi Sineenat Vonqvajirapakdinin acıqlı davrandığı, statusunu şəxsi maraqları üçün istifadə etməyə təşəbbüs göstərdiyi və davranışlarında hörmətsizlik etdiyi bildirilib.

Həmçinin 67 yaşlı Tayland kralı məşuqəsinin rütbəsini və ünvanını “monarxiyaya sədaqətsizlik” səbəbindən əlindən alındığı bildirilib.

4 aylıq evli olan 67 yaşlı kral ölkədə 1921-ci ildən bu yana tətbiq edilməyən adəti yenidən canlandırıb. Belə ki, kral Maha sevgilisi general-mayor Sineenat Vongvajirapakdini rəsmi şəkildə məşuqəsi elan edib.

Qeyd edək ki, Tayland kralı Thai Hava Yollarında stüardessa olan keçmiş sevgilisi Suthida Vajiralongkornu əvvəlcə general edib. Qadın ərindən boşandıqdan sonra isə bu ilin may ayında onunla evlənmişdi.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*