TƏBİB Hacı Şahinlə bağlı məlumat yaydı – YENİLƏNİBbackend

TƏBİB Hacı Şahinlə bağlı məlumat yaydı - YENİLƏNİB

TƏBİB Hacı Şahinin ölümünün səbəbini açıqlayıb.

TƏBİB-dən KONKRET.az-a verilən xəbərə görə, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənlinin səhhətində yaranan narahatlıqla bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına martın 2-də saat 05:30 radələrində çağırış daxil olub.

Qeyd olunub ki, saat 05:43 radələrində təcili tibbi yardım briqadası ünvana çatıb: “Ürəktutmasından həkiməqədər ölüm qeydə alınıb. Ailəsinin bildirdiyinə görə Ş.Həsənli 01.03.2023-cü il tarixində özəl tibb müəssisələrdən birinə müraciət edib və müayinələrdən keçib”.

***

09:21

Tanınmış ilahiyyatçı Hacı Şahinin ölüm səbəbi məlum olub.

KONKRET.az xəbər verir ki, ailə üzvlərindən Bakupost.az-a bildirilib ki, Hacı Şahin bu gün səhərə yaxın – 5 radələrində ürək tutmasından dünyasını dəyişib.

Dünən gecədən narahatlıq başlayıb və gecəylə həkimə gedib.

Yoxlanışdan sonra evə qayıdıb və bir neçə saatdan sonra belə bir hadisə baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*